Bank Of Baku

Bakıda “Zorakılığa yox” adlı sərginin açılışı olub - FOTO

Bakıda “Zorakılığa yox” adlı sərginin açılışı olub - FOTO
# 30 may 2025 17:35 (UTC +04:00)

Mayın 30-da “Zorakılığa yox” adlı sərginin açılış mərasimi olub.

APA xəbər verir ki, sərgi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İsveçin Bakıdakı səfirliyi “Libraff” kitab mağazası ilə birgə təşkil edilib.

İsveç İnstitutu tərəfindən hazırlanan sərgidə tanınmış isveçli yazıçı Astrid Lindqrenin uşaqların sevgi və hörmətlə, zorakılıq tətbiq etmədən böyüdülməsi haqqında “Zorakılığa yox” adlı nitqindən təsirli mesajlar, eləcə də isveçli rəssam Stina Virsenin həmin mesajları canlandıran illüstrasiyalar nümayiş etdirilir.

Bildirilib ki, sərginin məqsədi bu aktual problem barədə məlumatlılığı artırmaq, zorakılıqdan uzaqdan valideynlik və uşaqların müdafiəsi ilə bağlı dialoqa töhfə verməkdir.

Diqqətə çatdırılıb ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 2-17 yaş arası 1 milyarda qədər uşaq demək olar hər iki uşaqdan biri zorakılığın hansısa formasına məruz qalır.

İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson açılış nitqində bu sərginin yalnız bu gün deyil, hər gün hamımızı uşaqlarla necə rəftar etməyimiz barədə düşünməyə vadar edəcəyinə ümid etdiyini bildirib.

Libraff Park Akademiya Filialında nümayiş olunan sərgi iyunun 30-a kimi ictimaiyyət üçün açıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR