İran Prezidenti Məsud Pezeşkian Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak edəcək.
APA-nın xəbərinə görə, bunu Ağdamda jurnalistlərə açıqlamasında İƏT Baş katibi Əsəd Məcid Xan bildirib.
Qeyd edək ki, sammit iyulun 4-də keçiriləcək.