Bank Of Baku

İrlandiya Baş naziri: Azərbaycan Avropanın iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində əlavə imkanlar açıb

İrlandiya Baş naziri: Azərbaycan Avropanın iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində əlavə imkanlar açıb
# 12 noyabr 2026 13:58 (UTC +04:00)

Avropa Siyasi Birliyinin ilk görüşlərindən birində avropalı vasitəçilərin iştirakı ilə Azərbaycan və Ermənistan arasında nizamlanmaya dair danışıqlar baş tutub.

APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İrlandiyanın Baş naziri Mixol Martin Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanın Avropa Siyasi Birliyində iştirakı enerji resurslarının tədarükü məsələlərində, digər istiqamətlərdə əhəmiyyətli irəliləyişlərə gətirib çıxarıb və Avropanın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əlavə imkanlar açıb. Həm qitənin iqtisadi təhlükəsizliyinin, həm də hibrid hücumlardan və digər təhdidlərdən qorunmanın təmin olunmasında çox şeyə nail olmaq mümkündür. Avropa Siyasi Birliyinin ilk görüşlərindən birində avropalı vasitəçilərin iştirakı ilə Azərbaycan və Ermənistan arasında nizamlanmaya dair danışıqlar baş tutub. Bu danışıqlar kifayət qədər məhsuldar olub. Münaqişələrin nizamlanmasında müsbət nəticələrin əldə edilməsinə töhfə verən müzakirələr çox vaxt qeyri-rəsmi şəraitdə keçirilir”, - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR