Bank Of Baku

Baş nazirin müavini: Azərbaycan həm Rusiya, həm də İranla mehriban qonşuluq siyasəti həyata keçirir

Baş nazirin müavini Şahin Mustafayev

© APA | Baş nazirin müavini Şahin Mustafayev

# 14 oktyabr 2025 14:17 (UTC +04:00)

"Azərbaycan Respublikası, həm İran, həm də Rusiya ilə quru sərhədinə malik yeganə ölkədir".

APA-nın İrana ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib.

“Bu coğrafi mövqe Azərbaycana həm Rusiya, həm də İranla ədaqələri inkişaf etdirməyə imkan verir. Azərbaycan, həm Rusiya Federasiyası, həm də İran İslam Respublikası ilə mehriban qonşuluq siyasəti həyata keçirir, dostluq münasibətləri qurub. Bu əlaqələr çoxşaxəli və genişdir”, – Baş nazirin müavini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR