Bank Of Baku

Baş Prokurorluqla IACA arasında əməkdaşlıq müzakirə olunub

Baş Prokurorluqla IACA arasında əməkdaşlıq müzakirə olunub
# 27 oktyabr 2026 15:05 (UTC +04:00)

Oktyabrın 27-28-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Baş prokuror Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının (IACA) rəhbəri Draqo Kos ilə görüşüb.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, görüşdə Akademiya ilə əməkdaşlığın prokurorluq əməkdaşlarının peşəkar hazırlığının və antikorrupsiya sahəsində institusional potensialın gücləndirilməsində əhəmiyyəti vurğulanıb.

Tərəflər azərbaycanlı prokurorların Akademiyanın akademik proqramlarında və təlimlərində iştirakını, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini, eləcə də birgə təlim və tədqiqat təşəbbüslərinin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Draqo Kos Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Akademiya arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edərək, qarşılıqlı fəaliyyətin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Görüş zamanı, həmçinin, antikorrupsiya sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və mövcud əməkdaşlığın konkret istiqamətlər üzrə inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR