Bank Of Baku

Bayram Beqay: Azərbaycanla uzun müddətli dostluq qarşılıqlı əməkdaşlıqda əksini tapır

Albaniya Respublikasının Prezidenti Bayram Beqay

© APA | Albaniya Respublikasının Prezidenti Bayram Beqay

# 13 mart 2025 10:42 (UTC +04:00)

Albaniya hesab edir ki, əməkdaşlıq və sülh vacibdir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Albaniya Respublikasının Prezidenti Bayram Beqay bildirib.

Albaniya Prezidenti qeyd edib ki, Azərbaycanla uzun müddətli dostluq qarşılıqlı əməkdaşlıqda əksini tapır: “Biz tərəfdaşlarımızla birgə gələcəyimizi qura bilərik. Bu Forum da müzakirə üçün çox yaxşı platformadır”.

Albaniya dövlət başçısı COP29-un böyük nailiyyət olduğunu da vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR