Bank Of Baku

Belçikalı səyyah: Azərbaycan hökumətinin Qarabağda apardığı quruculuq işlərini təqdir edirəm

“Piki Reels” klubunun rəhbəri Yves Bouvie

© APA | “Piki Reels” klubunun rəhbəri Yves Bouvie

# 26 oktyabr 2024 17:32 (UTC +04:00)

“İsveçrədə yaşayıram. Buraya “Picky Reels” səyyahlar qrupu ilə birlikdə 33 nəfərlik heyətlə gəlmişik. Qarabağa səfər etməyə dəvət olunduğumuz üçün çox şadıq”.

Bunu APA-ya açıqlamasında “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie deyib.

O söyləyib ki, Qarabağa səfərlərində əsas məqsəd Ermənistanın uzun müddətlik işğalından sonra Azərbaycanın burada apardığı yenidənqurma işləri ilə tanış olmaqdır:

“Bu gün biz Şuşaya səfər etdik. Mən həmin şəhərə ilk dəfə 2022-ci ildə getmişdim. Hazırda Şuşada tikinti işləri davam edir. Şuşadan sonra biz Ağdama getdik. Bu şəhər də 2022-ci ildən sonra əhəmiyyətli dərəcədə dəyişib. Mən burada turistlər üçün inşa olunan mərkəzlə də tanış oldum. Müşahidə etdim ki, ötən dəfəki gəlişimizdən sonra burada xeyli bərpa işləri aparılıb. Füzuli şəhərində yeni inşa olunan evləri gördüm. Bu məqamda məcburi köçkünlərin öz evlərinə qayıtmağı üçün Azərbaycan hökumətinin gördüyü işləri təqdir edirəm”.

Xatırladaq ki, bu gündən Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Fərid Azəri

Elgün Gəncimsoy

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR