Bank Of Baku

Beynəlxalq Hüquq və Din Konsorsiumunun prezidenti: İslamofobiyaya qarşı daha təsirli tədbirlər görülməlidir

Koul Durham

© APA | Koul Durham

# 26 may 2025 11:04 (UTC +04:00)

"İqtisadi problemlər bütün dini icmalar arasında özünü büruzə verir. Onların həlli dini savadlılığın artırılmasına töhfə verəcək".

APA xəbər verir ki, bunu Beynəlxalq Hüquq və Din Konsorsiumunun prezidenti Koul Durham Bakıda keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" beynəlxalq konfransında deyib.

O, qlobal ictimaiyyəti islamofobiya ilə mübarizədə təsirli tədbirlərin görülməsinə çağırıb:

"Birgə qəbul edilmiş problemlərin vurğulanması islamofobiya ilə mübarizədə çox önəmlidir. İkinci əsas diqqət yetirilməli olan məsələ maliyyə problemləridir. İslamofobiyaya qarşı daha təsirli tədbirlər görülməli, eləcə də onunla mübarizə daha effektiv hala gətirilməlidir. Biz prioritet problemlərin üzərində daha səmərəli işləməliyik. Gəlin əsas problemlərə, bütün fobiyalara qarşı mübarizədə fəal olaq və təşəbbüslərimizi əsirgəməyək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR