Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında delimitasiya sahəsində əldə olunmuş razılaşmanı təqdir edir

Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında delimitasiya sahəsində əldə olunmuş razılaşmanı təqdir edir
# 28 aprel 2024 23:00 (UTC +04:00)


ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət katibi ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR