BMT Baş katibinin müavini: Azərbaycan qonşuları və dünya ilə məzmunlu formada körpülər qurmaqdadır

BMT Baş katibinin müavini: Azərbaycan qonşuları və dünya ilə məzmunlu formada körpülər qurmaqdadır
# 27 iyun 2024 13:32 (UTC +04:00)

Təmiz su bir çox ölkələr üçün fövqəl dərəcədə əhəmiyyətli məsələdir. Biz COP29 Prezidentliyi ilə bu istiqamətdə işlər görəcəyik.

APA xəbər verir ki, bu fikirləri BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə birgə keçirdiyi brifinqdə deyib.

“Şübhəsiz, digər ölkələrin də bu birgə prosesə töhfəsi üçün lazımi addımlar atılacaq”, - o əlavə edib.

O deyib ki, Azərbaycan tullantıların təkrar emalı və yenidən istifadəsi istiqamətində işlər görür.

"Biz də, öz növbəmizdə, onlara lazımi dəstəyi verəcəyik. Biz, eyni zamanda, Xəzər dənizinin səviyyəsinin azalması məsələsini də müzakirə etmişik. Mən bayaq da dedim, Azərbaycan biomüxtəlifliyin qorunması istiqamətində müxtəlif işlər görür. Düşünürəm ki, Azərbaycanla bütün bu istiqamətlərdə birgəliyimiz davam edəcək”, - o əlavə edib.

Xanım Anderson onu da bildirib ki, Azərbaycan qonşuları və dünya ilə məzmunlu formada körpülər qurmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR