BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb

BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb
# 24 fevral 2024 19:40 (UTC +04:00)

Bakı Təşəbbüsü Qrupu Fransanın müstəmləkəçilik siyasətinin qurbanı olan regionlardan olan insanların dünyaya səsinin çatdırılması üçün mühüm platformadır.

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında BMT-nin Dekolonizasiya üzrə Xüsusi komitəsinin müstəqil eksperti Carlyle G.Corbin bildirib.

O qeyd edib ki, mövcud problemlərin müzakirəsi üçün beynəlxalq səviyyədə daha çox təşəbbüslərin irəli sürülməsi lazımdır.

C.G.Corbinin sözlərinə görə, keçmiş müstəmləkə ərazilərinin daha müstəqil olması, Fransanın onların özünüidarəetmə hüquqlarına hörmətlə yanaşması vacib məsələdir: “Biz bu istiqamətdə bəzi ərazilərin müsbət nəticə əldə edə bildiyini də görürük. Əsas məsələ, bu mübarizədə birgə addımlar atmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR