BMT Azərbaycana mina təhlükəsizliyi, eyni zamanda, geridönüşlə bağlı beynəlxalq standartlara dair tövsiyələr verir, əməkdaşlıq edir.
Bunu APA-ya açıqlamasında BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Guido Ambroso deyib.
“Nəhayət ki, 30 il sonra onlar (keçmiş məcburi köçkünlər) öz doğma torpaqlarına qayıtmaq imkanı əldə ediblər. Bu, sevindiricidir”, - Ambroso əlavə edib.
Guido Ambroso BMT tərəfindən Azərbaycana Böyük Qayıdışla bağlı humanitar yardımın ayrılıb-ayrılmayacağına da aydınlıq gətirib: “BMT 90-cı illərdə məcburi köçkünlərə humanitar yardımlar göstərib. Biz İkinci Qarabağ müharibəsi zamanı da humanitar yardım göstərdik. Keçmiş məcburi köçkünlərin geri qayıtmasına da humanitar yardımlar göstərməyi düşünürük”.