Paşha Bank
Bank Of Baku

BMT rəsmisi: BMT Nizamnaməsində təsbit olunmuş ümumbəşəri prinsiplər və dəyərlər real həyatda tətbiq edilməlidir

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos

© APA | BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos

# 28 oktyabr 2026 12:38 (UTC +04:00)

"Bütün dini liderlər və inanclı insanlar bir araya gəlməlidir".

APA xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı tədbirdə deyib.

“Çünki birlikdə olmasaq, süni intellekt hamınızı təmsil edəcək. Mən bunu istəmirəm, buna qarşı çıxmalıyıq, qəbul etməməliyik. Din amili nəzərə alınmadan mədəniyyətlərarası dialoq tamamlana bilməz", - o bildirib.

BMT rəsmisi qeyd edib ki, hazırda dünya yenidən müharibələr, münaqişələr, böhranlar və insan əzabları ilə üz-üzədir: “Buna görə də BMT Nizamnaməsində təsbit olunmuş ümumbəşəri prinsiplər və dəyərlər real həyatda tətbiq edilməlidir”.

Moratinos islamofobiya ilə mübarizənin vacibliyini vurğulayaraq bildirib ki, ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə insan hüquqları, insan ləyaqəti və bərabərlik prinsiplərinə əsaslanmalıdır. BMT rəsmisi dinlərarası və mədəniyyətlərarası dialoqun qarşılıqlı anlaşma üçün zəruri olduğunu, lakin yalnız bir-birini dinləməklə kifayətlənməyin mümkün olmadığını söyləyib.

O, tolerantlığın münasibətlərin inkişafı üçün kifayət etmədiyini bildirib: “Böhran və ya faciə baş verəndən sonra başqa dinin nümayəndələrinə həmrəylik ifadə etmək kifayət deyil. Biz əvvəlcədən münaqişələrin qarşısını almağa çalışmalı, ortaq gündəm və ittifaq yaratmalıyıq. Söhbət hərbi ittifaqdan deyil, sülh və qarşılıqlı anlaşma naminə birlikdən gedir”.

Migel Anxel Moratinos vurğulayıb ki, dialoq vacibdir, lakin sülhün təmin olunması üçün bu dialoq konkret birgə fəaliyyətlə müşayiət edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR