Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
# 04 mart 2024 01:31 (UTC +04:00)

Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu və nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Rauf Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR