Bolqarıstan Prezidenti: Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirmək əzmindəyik

Bolqarıstan Prezidenti: Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirmək əzmindəyik
# 08 may 2024 13:02 (UTC +04:00)

Biz enerji sahəsində əməkdaşlığı genişləndirmək əzmindəyik.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata birgə bəyanatında bildirib.

Rumen Radev deyib ki, digər sahələrdə də əlaqələr mövcuddur:

“Hətta bələdiyyələr səviyyəsində də əməkdaşlıq edirik. Rəqəmsallaşdırma, yaşıl enerji, turizm, mədəniyyət sahəsində birgə əlaqələrimiz var. Ona görə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni imzaladıq. Bu, əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılması ilə bağlıdır. Biznes Forum keçirilir, orada da sənədlər imzalanır. Biz regionumuzda sabitliyin bərpası üçün əlimizdən gələni edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR