Bank Of Baku

Borrell və Mirzoyan arasında telefon danışığı olub

Ararat Mirzoyan, Cozep Borrell

© APA | Ararat Mirzoyan, Cozep Borrell

# 14 oktyabr 2022 14:37 (UTC +04:00)

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti Ofisi məlumat yayıb.

Bildirilib ki, bu gün baş tutan telefon danışığı zamanı Ali Nümayəndə Aİ-nin mülki missiyasının yerləşdirilməsi üçün davam edən texniki hazırlıqlar haqqında məlumat verib və bu missiyanın tez zamanda regiona gəlişini təmin etmək üçün Aİ-yə üzv dövlətlərlə əlaqə qurmaq əzmini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR