BP-nin regional prezidenti Əli Əsədovu təbrik edib

BP-nin regional prezidenti Əli Əsədovu təbrik edib
# 21 fevral 2024 18:56 (UTC +04:00)

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“BP şirkətinin adından Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz möhkəm can sağlığı və Azərbaycan Respublikasının tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.

Bu il AÇG tərəfdaşları ilə Azərbaycan arasındakı uğurlu tərəfdaşlığın rəmzi olan “Əsrin Müqaviləsinin” 30 illiyi ilə əlamətdardır. Biz Azərbaycanla əlaqələrimizə yüksək dəyər verir və Azərbaycan Hökuməti və Socar ilə olan uzunmüddətli tərəfdaşlığımıza sadiq qalırıq.

Fürsətdən istifadə edərək, Sizə bu illər ərzində BP-nin operatoru olduğu layihələrə göstərdiyiniz davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk. Bu uğurlu əməkdaşlığı yüksək qiymətləndirir və uzun illər davam edəcəyinə ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR