Bank Of Baku

Braziliyalı nümayəndə: Qlobal Cənub QHT Platforması müxtəlif ölkələrin səsinə çevriləcək

Braziliyalı nümayəndə: Qlobal Cənub QHT Platforması müxtəlif ölkələrin səsinə çevriləcək
# 28 aprel 2025 11:08 (UTC +04:00)

Qlobal Cənub QHT Platforması müxtəlif ölkələrin səsinə çevriləcək.

Qlobal böhranlar və çağırışlar

APA xəbər verir ki, bunu Braziliyalı nümayəndə Almir Lima Nascimento Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışı zamanı deyib.

İqlim dəyişikliyi və ticarət bərabərsizliyinə qarşı mübarizə

"Hazırda sosial, ekoloji, eləcə də iqtisadi sahələrdə böhranlarla üz-üzəyik. Bu platforma iqlim dəyişikliyi, ticarət bərabərsizliyi, yoxsulluq kimi problemlərlə mübarizədə vahid cəbhəyə çevrilməlidir. Bütün platforma üzvləri bundan eyni dərəcədə faydalanmalıdır. Resurslar bərabər bölüşdürülməlidir. Vacib regional və qlobal çətinlikləri dialoq və tərəfdaşlıqla həll edilməlidir. Biz qarşıda duran bütün işləri bilirik. Əsas olan bu işlərin necə görülüb, problemlərin necə həll ediləcəyidir. Ümid edirəm, bu forum sadəcə dialoqlarda qalmayacaq", - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR