Bank Of Baku

Britaniya Azərbaycanın minatəmizləmə sahəsində qlobal fondun yaradılması təklifini dəstəkləyir

Ceyms Şarp

© APA | Ceyms Şarp

# 01 aprel 2022 10:22 (UTC +04:00)

“İnsanlar 30 il əvvəl tərk etdiyi torpaqlarına qayıtmaq istəyir, bunun üçün isə bu torpaqlar minalardan təmizlənməlidir”.

APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Diplomat Britaniyanın bu prosesə maliyyə vəsaiti ayırdığını da vurğulayıb.

“Biz Azərbaycanın qlobal fondların yaradılması fikrini dəstəkləyirik. ANAMA-ya daha çox yardım göstərilməlidir. Britaniya olaraq fəxr edirik ki, biz bu problemin həllinə töhfə veririk, insanların ağrılarının azalmasına, barışığa töhfə veririk. Mən azad olunmuş ərazilərdə olmuşam, bu torpaqlarda yenidənqurma işlərini görmüşəm, yollar, hava limanı, dəmiryolu tikilir. Mən bunlara şahid olmuşam. Bu, böyük nailiyyətlərdir, sizi təbrik edirəm! Əlbəttə, bunlar həm də ANAMA-nın fəaliyyəti nəticəsində mümkün olub. Minaların təmizlənməsi insanların təhlükəsizliyi üçün vacibdir və inanırıq ki, Azərbaycan qlobal səviyyədə bu sahədə liderlik göstərəcək”, - səfir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR