"Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur".
APA xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Gerqus Ould "Twitter"də bildirib.
"Azərbaycan qazını Avropaya daşıyan Yunanıstan Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsindən məmnun oldum. Bu, Şərqi Avropanın enerji xəritəsində yeni başlanğıcdır! Bizim yaxın enerji tərəfdaşımız olan Azərbaycanın Avropada etibarlı qaz təchizatçısı olduğunu görmək çox xoşdur", briyaniyalı diplomat qeyd edib.