Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəmizdəki fəaliyyətinin başa çatması ilə bağlı "Twitter" hesabında paylaşım edib.
APA xəbər verir ki, səfir paylaşımında bunları deyib: "Bu gün Britaniyanın Azərbaycandakı səfiri olaraq Azərbaycanda son günümdür. Mənim burdakı həyatımı inanılmaz və yadda qalan etdiyiniz üçün hamınıza təşəkkür edirəm".