Bank Of Baku

Çavuşoğlu Ermənistanla normallaşma prosesinin hansı mərhələdə olduğunu açıqlayıb

Çavuşoğlu Ermənistanla normallaşma prosesinin hansı mərhələdə olduğunu açıqlayıb
# 20 oktyabr 2022 17:36 (UTC +04:00)

Cəbrayılda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan və Türkiyə arasında normallaşma prosesinin hansı mərhələdə olduğunu açıqlayıb.

APA xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, xüsusi nümayəndələr arasında danışıqlar davam edir: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da Ermənistan Baş naziri Nikol Paşinyanla Praqada görüşdü. Gələcək mərhələdə də xüsusi nümayəndələr görüşməyə davam edəcək. Nəticədə bəzi güvən artırıcı addımlar atılıb. Hava sahəsi açıldı və buna bənzər səmimi jestlər etmişik. Biz hər zaman deyirik ki, normallaşma prosesində Azərbaycan da, Türkiyə də səmimidir. Ona görə də Azərbaycan əhatəli sülh müqaviləsi təklif edir".

Çavuşoğlu qarşıdakı mərhələdə də Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşma prosesini müzakirə edəcəklərini deyib.

“Ermənistanla görüşməyə davam edəcəyik. Biz münasibətləri normallaşdırma mövzusunda səmimiyik”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR