Bank Of Baku

Çexiya səfiri: “Şirkətlərimiz Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

Çexiya səfiri: “Şirkətlərimiz Azərbaycanla əməkdaşlıqda maraqlıdır”
# 28 oktyabr 2022 19:48 (UTC +04:00)

Mən Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Aİ Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutan dördtərəfli görüşün Cənubi Qafqazda sabitliyə töhfə verəcəyinə ümid edirəm.

APA xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlacek Çexiyanın Milli Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

O, ölkəsinin dördətərfli görüşə ev sahibliyi etdiyinə şad olduğunu deyib. Diplomat Azərbaycan və Çexiya arasında iqtisadi tərəfdaşlığın inkişaf etdiyini vurğulayıb: "Bizim şirkətlərimiz enerji, yaşıl enerji, logistika, ağıllı şəhərlər sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır."

"Gələn il diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik. Mən münasibətlərimizin inkişafına töhfə vermək üçün əlimdən gələni edəcəyəm. Sülh və rifah bizimlə olsun", - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR