Ceyhun Bayramov Aİ missiyasının hərəkətlərinin sərhəddə gərginlik yaratdığını bildirib

Ceyhun Bayramov Aİ missiyasının hərəkətlərinin sərhəddə gərginlik yaratdığını bildirib
# 26 fevral 2024 11:32 (UTC +04:00)

Aİ-nin sərhəddə olan missiyasının hərəkətləri, müxtəlif Qərb diplomatlarının sərhədə gətirilməsi, sərhəddə heç bir gərginliyin olmaması halında bu məsələnin daim gündəmdə saxlanılması vəziyyətin gərginlik kimi təqdim edilməsinə xidmət edirdi.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında XİN rəhbəri Ceyhun Bayramov deyib.

"Həmin missiyanın nəzarət zonasından Azərbaycan sərhədinin pozulması, sonra heç bir əsas olmasan snayper atəşi ilə hərbçimizin yaralanması buna misaldır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR