Bank Of Baku

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə müzakirə etdikləri məsələləri açıqlayıb

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə müzakirə etdikləri məsələləri açıqlayıb
# 25 aprel 2025 18:30 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə müzakirə etdikləri məsələləri açıqlayıb.

APA xəbər verir ki, Ceyhun Bayramov ATƏT-in baş katibi ilə birgə mətbuat konfransında deyib ki, bu gün ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə bir neçə istiqamət üzrə faydalı müzakirələr aparıblar.

O qeyd edib ki, müzakirələr zamanı Azərbaycan və ATƏT arasında əməkdaşlığın vəziyyəti, postmünaqişə dövrünə aid olan mövzular, eyni zamanda ölkəmizdə həyata keçirilən bərpa və quruculuq işləri ilə bağlı ətraflı məlumatlar təqdim olunub: "Daha geniş coğrafiyada - ATƏT-ə üzv ölkələri və qonşu ölkələri əhatə edən coğrafiyada mövcud vəziyyət və problemlərin mümkün həll yolları barədə müzakirələr aparıldı. Ölkələr arasında inamın azalması, etnik və dini dözümsüzlük və bir sıra digər faktorlar müzakirə predmeti oldu. Belə kövrək münasibətlərdə ATƏT-in qərar qəbul etmə mexanizminin yeni şərtlərə çevik adaptasiyası və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıldı”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR