Bank Of Baku

Ceyhun Bayramov: Azərbaycan-İtaliya münasibətləri çox möhkəm təməl üzərində qurulub

Ceyhun Bayramov: Azərbaycan-İtaliya münasibətləri çox möhkəm təməl üzərində qurulub
# 23 noyabr 2026 13:55 (UTC +04:00)

Azərbaycan-İtaliya münasibətləri çox möhkəm təməl üzərində qurulub, əlaqələr uğurla inkişaf edir.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, gələn il diplomatik münasibətlərin 35 illiyi qeyd ediləcək.

Bu illər ərzində çoxlu sənədlərin imzalandığını vurğulayan XİN rəhbərinin sözlərinə görə, Azərbaycan və İtaliya liderləri arasında müntəzəm təmaslar və dialoq xüsusi önəm kəsb edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR