Bank Of Baku

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var
# 10 may 2025 11:49 (UTC +04:00)

"Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, mart ayında sülh sazişinin mətni razılaşdırılıb: "Ermənistandan Azərbaycanın legitim gözləntiləri var. Bu gözləntilər Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılması və münaqişənin tamamlanması ilə ehtiyac duyulmayan Minsk qrupunun ləğvidir. Prosesləri izləyirik, təmaslar var. Ancaq bizim üçün önəmli addımlar əhəmiyyət kəsb edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR