Bank Of Baku

Ceyhun Bayramov Azərbaycanın sülh prosesinə sadiq olduğunu bildirib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

© APA | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

# 05 iyun 2024 13:44 (UTC +04:00)

Normallaşma prosesinin digər elementləri arasında Ermənistan-Azərbaycan dövlət sərhədinin bir hissəsinin delimitasiya və demarkasiyasının baş verməsidir.

APA xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı ilə birgə brifinqdə deyib.

“Bunun nəticəsində işğal altında olan 4 Azərbaycan kəndinin azad olunmasının tərəflər arasındakı prosesə müsbət təsirləri barəsində fikir mübadiləsi apardıq”, - XİN rəhbəri əlavə edib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir: “Biz tərəfimizdən növbəti lazımi addımları atmağa hazırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR