Bank Of Baku

Ceyhun Bayramov: Azərbaycanla Somali arasında təmaslar xeyli intensivləşib

Ceyhun Bayramov: Azərbaycanla Somali arasında təmaslar xeyli intensivləşib
# 26 iyul 2024 12:27 (UTC +04:00)

Son illər ərzində iki ölkə arasında təmaslar xeyli intensivləşib.


APA xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasından olan həmkarı Əhməd Moallim Fiqi Əhməd ilə Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

“Beynəlxalq təşkilat çərçivəsində biz imkanlardan istifadə edirik. Mən dəfələrlə somalili həmkarlarımla görüşlər keçirmişəm, eləcə də 2023-cü ilin iyulunda iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair saziş imzalamışıq”, - nazir əlavə edib.

Ceyhun Bayramov bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdən əməkdaşlıq imkanları və genişlənməsi barəsində fikir mübadilələri aparılır.

“Biz xüsusilə beynəlxalq platformalarda Somali ilə əməkdaşlığa önəm veririk. Bu sırada, BMT, BMT-nin müxtəlif təsisatları daxilindəki əməkdaşlıqları, İƏT və Qoşulmama Hərəkatına Azərbaycanın 4 illik sədrliyi çərçivəsindəki əməkdaşlığı qeyd etmək istəyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR