Ceyhun Bayramov Belarusa işgüzar səfərə gedib

Ceyhun Bayramov Belarusa işgüzar səfərə gedib
# 11 aprel 2024 12:00 (UTC +04:00)

Aprelin 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.

APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR