Bank Of Baku

Ceyhun Bayramov: Biz çoxtərəfli təşkilatlara ortaq maraqlardan irəli gələrək qoşulmalıyıq

Ceyhun Bayramov: Biz çoxtərəfli təşkilatlara ortaq maraqlardan irəli gələrək qoşulmalıyıq
# 13 mart 2025 15:57 (UTC +04:00)

"Biz çoxtərəfli təşkilatlara ortaq maraqlardan irəli gələrək qoşulmalıyıq”.

APA-nın xəbərinə görə, bu barədə XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Çoxqütblü Dünya üçün Multilateralizmə Yenidən Baxılması” mövzusunda paneldə xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Qazaxıstan formatları ortaya qoyulub: “Hökumətlər güclü qonşularla münasibətdə şəffaflığı görməlidir. Şəffaflıqla bağlı problemlərin həlli çox vacibdir”.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, çoxtərəflilik daimidir: “Birtərəflilik heç bir nəticə vermir. Tarix bunu göstərib. Biz çoxtərəflilik aspektində Çinin də imkanlarından istifadə etməliyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR