9 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş keçirilib.
APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüş zamanı, Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar hazırlıq prosesləri, Azərbaycanın COP29 sədrliyinin prioritetləri müzakirə olunub.
Azərbaycanın çoxtərəfli diplomatiyada, eləcə də BMT təsisatlarında rolunun əhəmiyyətinə diqqət çəkən BMT Baş katibinin müavini, ölkəmizin COP29-un təşkil olunması istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib. Bununla yanaşı, sülh və təhlükəsizlik, yeni texnologiyalar, gələcəyin maliyyə arxitekturası kimi elementlərin də əks olunduğu Gələcəyin Sammiti zamanı qəbul edilmiş yekun sənədin vacibliyi vurğulanıb.
Tərəflər daha sonra, ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri nəzərdən keçirərək, bu işdəki əhəmiyyətli proqresi məmnunluqla qeyd ediblər.
Nazir C.Bayramov Azərbaycanın sədrlik etdiyi COP29 çərçivəsində aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verərək, iqlim dəyişmələri ilə mübarizədə tələb olunan maliyyə vəsaitinin qarşılanması üçün yeni kəmiyyət maliyyə hədəfi müəyyənləşdirilməsinə çalışıldığı, bunun üçün konsensusun əhəmiyyətini diqqətə çatdırıb. Tərəflər bu istiqamətdə BMT və beynəlxalq maliyyə təsisatlarının dəstəyinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, COP29 sədrliyi tərəfindən müxtəlif istiqamətlərdə irəli sürülən 14 təşəbbüsə dəstək barədə məlumat verilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə Azərbaycanın COP29 sədrliyinin prioritetlərini müzakirə edib
Xarici siyasət
Azərbaycan XİN: Forissyenin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son iddiaları tamamilə qəbuledilməzdir
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyini müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib
Ceyhun Bayramov ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri ilə görüşüb
Xəbər Lenti
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Azərbaycan XİN: Forissyenin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son iddiaları tamamilə qəbuledilməzdir
Tramp ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatları ötürməyə davam etdiyini bildirib
Cəbrayıl və Zəngilan rayonlarına növbəti köç karvanı yola salınıb
Britaniya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya 1000-dən çox dron verəcək
Tramp İranla qarşıdurmanı yaxın vaxtlarda başa çatdıracağına söz verib
Qətərdə elektrikli skuterlər polis qeydiyyatına alınacaq
Hörmüz boğazında bir neft tankeri raket atəşinə məruz qalıb
İran XİN: Ordumuz regiondakı iki ABŞ hərbi bazasında silah sistemlərini hədəfə alıb
İsrail ordusu Qəzza zolağında əməliyyata başladığını təsdiqləyib
"Bloomberg": ABŞ-ın üç aviadaşıyıcısından biri Fars körfəzini tərk edib
“Mossad” rəhbəri ABŞ rəsmiləri ilə görüşlərdə İrana birgə zərbələr endirilməsini təklif edib
GTA VI-nın təqdimatı ərəfəsində “PlayStation” sistemində dünya üzrə nasazlıqlar yaranıb
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyini müzakirə edib
Paşinyan: Yeni Konstitusiyanın qəbulundan sonra sülh müqaviləsinin imzalanması üçün zəmanətlər mövcuddur
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
Ermənistanda hərbi hissələrdən birində xidmət edən hərbçinin meyiti tapılıb
Xankəndidə mini futbol turniri başa çatıb
ABŞ-da demokratlar öz liderlərini Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd irəli sürüblər
Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması ilə bağlı qanun layihəsini təsdiqləyib
ABŞ kəşfiyyatı: Süni intellektlə həyata keçirilən kiber əməliyyatların miqyası kəskin artıb
Bərdədə avtomobil piyadanı vurub öldürüb
Qazaxda yol qəzasında 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB 2
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib
Bakıda Şimali Kiprin müstəqilliyinin 43-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib
Almaniyanın XİN rəhbəri Paşinyan və Mirzoyanla görüşü barədə paylaşım edib
Ceyhun Bayramov ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri ilə görüşüb
Şuşanın "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” tədbirinin bağlanış mərasimi keçirilib - YENİLƏNİB
İranın Bəndər Abbas şəhərində eşidilən partlayış səslərinin səbəbi açıqlanıb
Kvrivişvili: Azərbaycanla yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdik
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində qərar verilib
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə zərbə endirib
Gürcüstan Müdafiə Qüvvələri komandanı Azərbaycan xüsusi təyinatlılarının məşğələsini izləyib - VİDEO
Aİ komissarı: Rusiya gələn il Ukraynaya 20 milyon dron buraxmağı planlaşdırır
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
Ukrayna ordusu Krasnodarda iki neft emalı zavodunun vurulduğunu təsdiqləyib
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
KİV: Putin Çinə nüvə çantası ilə gedib - VİDEO
Seneqal sahillərində miqrant qayığı batıb, 50-dən çox insan itkin düşüb
Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib
CENTCOM komandanı İsrail ordusunun ali rəhbərliyi ilə İranı müzakirə edib
DİN 104 kq narkotik, 8 min həbi dövriyyədən çıxarıb, 8 nəfər tutulub- VİDEO
Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib
Paşinyan TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılmalı olduğunu bildirib
Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb
Paşinyan Azərbaycanla sərhədyanı çayların birgə istifadəsi üzrə əməkdaşlıqdan danışıb
Neft və qaz ixrac edən ölkələr Antalyada enerji və iqlim məsələlərini müzakirə edib
Antalyaya uçan Rusiya təyyarəsində bomba təhlükəsi barədə məlumat daxil olub - YENİLƏNİB