Bank Of Baku

Ceyhun Bayramov bosniyalı həmkarı ilə regional yenidənqurma və sülh səylərini müzakirə edib

Ceyhun Bayramov bosniyalı həmkarı ilə regional yenidənqurma və sülh səylərini müzakirə edib
# 28 sentyabr 2024 00:06 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Dino Konakoviç ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında əlaqələrin inkişafını müzakirə edib və diqqəti qısa müddətdə nəzərəçarpacaq nəticələrin əldə oluna biləcəyi, prioritet sektorların daim təşviqinə töhfə verəcək sahələrə yönəldiblər.

Söhbət zamanı münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri də müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR