Bank Of Baku

Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə telefonla  danışıb

Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə telefonla  danışıb
# 08 aprel 2022 20:45 (UTC +04:00)

8 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.

XİN-dən APA-ya verilən məlumata görə, tərəflər, bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və bu xüsusda Brüssel görüşünü müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR