Bank Of Baku

Ceyhun Bayramov: Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini yerinə yetirməsi ilə əlaqədar son müsbət qərar yoxdur

xarici işlər naziri Ceyhun Bayramov

© APA | xarici işlər naziri Ceyhun Bayramov

# 12 dekabr 2024 12:35 (UTC +04:00)

“Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir. Artıq dəmir yolu tikintisinin böyük hissəsi başa çatıb. Digər hissəsi ilə bağlı işlər də davam etdirilir”.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, eyni zamanda, İranla əldə edilmiş razılığa əsasən, Araz çayı üzərində də körpünün inşası, Azərbaycanın qərb ərazisi ilə Naxçıvan arasında İran üzərindən marşrutun icrası üzrə işlər davam edir.

Ceyhun Bayramov onu da vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Ermənistan tərəfindən öhdəliklərinin tam yerinə yetirilməsindən asılıdır, lakin bununla bağlı isə son müsbət qərar yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR