Ceyhun Bayramov İƏT XİN-in iclasında iştirak etmək üçün Türkiyəyə gedib

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 20 iyun 2025 18:41 (UTC +04:00)

20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR