Bank Of Baku

Ceyhun Bayramov litvalı həmkarını postmünaqişə dövrü barədə məlumatlandırıb

Ceyhun Bayramov litvalı həmkarını postmünaqişə dövrü barədə məlumatlandırıb
# 15 fevral 2025 19:16 (UTC +04:00)

15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Litva Respublikasının xarici işlər naziri Kestutis Budris ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR