Bank Of Baku

Ceyhun Bayramov niderlandlı həmkarı ilə Ermənistanın sürətlə hərbiləşdirilməsini müzakirə edilib

Ceyhun Bayramov niderlandlı həmkarı ilə Ermənistanın sürətlə hərbiləşdirilməsini müzakirə edilib
# 28 sentyabr 2024 03:24 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Niderlandın xarici işlər naziri Kaspar Veldkamp ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, diplomatlar münaqişədən sonrakı regional reallıqlara, Azərbaycanın yenidənqurma və sülh səyləri qarşısında duran çağırışlara diqqət yetiriblər.

Təmaslar zamanı mina təhlükəsi, o cümlədən Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi, İrəvanın sürətlə hərbiləşdirilməsi müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR