Ceyhun Bayramov və Hakan Fidan İran-İsrail toqquşması ilə bağlı son vəziyyəti müzakirə edib - YENİLƏNİB

Ceyhun Bayramov və Hakan Fidan İran-İsrail toqquşması ilə bağlı son vəziyyəti müzakirə edib - YENİLƏNİB
# 14 iyun 2025 17:02 (UTC +04:00)

14 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

APA XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

16:15

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında bu gün telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki mənbələr bildirib.

Nazirlər İranla İsrail arasında son hərbi toqquşmalarla bağlı yaranmış vəziyyəti müzakirə ediblər.

Hakan Fidanın misirli həmkarı ilə də telefon danışığı apardığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR