Dörd sammitdə iştirak Azərbaycanın qlobal gündəmin formalaşmasında iştirak edən ölkəyə çevrildiyinin sübutudur.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Deputat deyib ki, 2025-ci ilin oktyabr ayı Azərbaycanın beynəlxalq arenada keçirdiyi transformasiyanın bariz sübutuna çevrilib: “Prezident İlham Əliyevin bir ay ərzində dörd fərqli coğrafiyada - Kopenhagendən Qəbələyə, Düşənbədən Şərm əl-Şeyxə qədər keçirilən zirvə görüşlərində iştirakı və orda keçirdiyi görüşlər ölkənin artıq qlobal məsələlərin müzakirə masasında söz sahibinə çevrildiyini təsdiqləyir. Azərbaycanın diplomatik fəallığı təsadüfi deyil. Ölkə eyni vaxtda bir neçə istiqamətdə aktiv xarici siyasət aparır: Avropa Siyasi Birliyinin Kopenhagen sammitində Qərblə əlaqələr, Qəbələdə Türk Dövlətləri Təşkilatı çərçivəsində regional inteqrasiya, Düşənbədə MDB platformasında postsovet məkanında mövqelərin əlaqələndirilməsi və Şərm əl-Şeyxdə Yaxın Şərq sülh prosesində vasitəçilik missiyası. Bu çoxtərəfli iştirak Azərbaycanın artıq tək regional oyunçu deyil, qlobal proseslərə təsir göstərə bilən dövlətə çevrildiyini göstərir. Makron, Putin və Avropa İttifaqı liderləri ilə görüşlər isə Bakının həm Qərb, həm də Şərq arasında konstruktiv dialoq qura bilən nadir dövlətlərdən biri olduğunu təsdiqləyir”.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanın Şərm əl-Şeyx sammitində iştirakı xüsusilə əhəmiyyətlidir: “Ölkənin həm ABŞ, həm ərəb dünyası, həm də İsraillə eyni vaxtda konstruktiv münasibətlər qura bilməsi onu Yaxın Şərq konfliktində unikal vasitəçi mövqeyinə yüksəldib. Bu, müsəlman ölkəsi olub həm İsraillə konstruktiv əməkdaşlıq quran, həm də eyni zamanda ərəb dünyasında hörmət qazanmış az sayda dövlətin nümunəsidir. Azərbaycanın qlobal nüfuzunun artmasında enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri mühüm rol oynayır. Avropa üçün alternativ enerji mənbəyi, Çin üçün Orta Dəhliz layihəsinin açar elementi, Rusiya və İran üçün isə regional əməkdaşlıq tərəfdaşı olan ölkə olaraq hamı üçün əvəzolunmazdır.
Azərbaycanın diplomatik strategiyasının əsas xüsusiyyəti heç kəsə qarşı olmayıb, hamı ilə dialoq qurmaq prinsipidir. Bu, xüsusilə qütbləşmənin dərinləşdiyi müasir dünyada unikal keyfiyyətə çevrilib. Ölkə nə Qərb-Rusiya qarşıdurmаsında kəskin tərəf seçir, nə də regional konfliktlərdə birtərəfli mövqe tutur. Bu, dünyada məsuliyyətli liderliyin bariz nümunəsidir. Beləliklə, dörd sammitdə iştirak yalnız rəqəmlər deyil - bu, Azərbaycanın artıq qlobal gündəmin formalaşmasında iştirak edən, böyük dövlətlər arasında etimad qazanmış və regional prosesləri istiqamətləndirə bilən ölkəyə çevrildiyinin sübutudur. Geosiyasi rəqabətin kəskinləşdiyi, yeni qlobal nizamın formalaşdığı bir dövrdə Azərbaycan özünə güvənən konstruktiv güc mərkəzi kimi güclənir və bu tendensiya gələcəkdə daha da sürətlənəcək”.
Deputat: Azərbaycan qlobal gündəmin formalaşmasında iştirak edən ölkəyə çevrilib
© APA | Tahir Mirkişili, Milli Məclisin deputatı
Xarici siyasət
Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
Ali Məhkəmədə Çinin Baş prokuroru ilə görüş keçirilib
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə gedib
Xəbər Lenti
Zelenski Uitkoff və Kuşnerlə Ukraynaya səfərin vaxtının müəyyən edilməsini müzakirə edib
ABŞ-ın İrana hücumunda ölənlərin sayı artıb
Azərbaycanlı jurnalistlər Yerusəlimin İçərişəhərindəki müqəddəs məkanları ziyarət edib
Bessent G20 sammiti çərçivəsində Siluanovla Trampın sülh planını müzakirə edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
Azərbaycanlı jurnalistlər Holokost Qurbanlarının Ümumdünya Xatirə Mərkəzində olublar
FHN hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Medianın İnkişafı Agentliyi Britaniyanın bəzi qəzetlərində ölkəmizlə bağlı dərc edilən materiallara münasibət bildirib
Kiyev və Vaşinqton Trampın nümayəndələrinin Ukraynaya səfərinin tarixini razılaşdırır
Messi milli komandadakı karyerasını başa vurub
Prezident İlham Əliyev Pezeşkiana: Azərbaycan suyundan iç - VİDEO
Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
Prezident: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - VİDEO - YENİLƏNİB-1
Nepal-Çin sərhədində baş verən daşqınlarda ölü sayı 955 nəfərə çatıb
Ali Məhkəmədə Çinin Baş prokuroru ilə görüş keçirilib
Azərbaycanda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək
Sumqayıt sakini bıçaqlanıb, 71 yaşlı atası saxlanılıb
Magistraturanın boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub
İllik 8,5%-dən başlayan şərtlərlə - NAĞD PUL KREDİTİ
Ukraynada polis şöbəsində partlayış olub, ölən və yaralananlar var
Hövsanda suyun verilişində müvəqqəti fasilə yaranacaq
CENTCOM SEPAH-ın iddiasını təkzib edib: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib
Kripto alternativ ticarət kanalı kimi: Eniş və dalğalanmalar sanksiya altındakı ölkələrə necə təsir edir? - TƏHLİL
Prezident İlham Əliyev Bişkekdə Kasım-Jomart Tokayevlə görüşüb - YENİLƏNİB-1
Bakıda daha bir yolda təmir işlərinə başlanılır
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
Tramp: ABŞ İranın son hücumunda bir raketin hədəfə çatmasına bilərəkdən imkan verib
Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib
Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yenilənib
Tramp İranı hədələyib: Onları çox sərt vuracağıq
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə gedib
Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil
Tramp: İran rəhbərliyi bəşəriyyətə qarşı cinayətlərə görə mühakimə olunmalıdır
Bişkekdə ŞƏT-in sammiti ilə bağlı 15 min təhlükəsizlik əməkdaşı gücləndirilmiş rejimə keçib
Azərbaycanlı jurnalistlər İsrailin “Channel 12” telekanalının fəaliyyəti ilə tanış olublar
Füzulidə yol qəzası olub, ANAMA-nın əməkdaşı ölüb
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib
Qırğız ekspert: Geosiyasi dəyişikliklər dönəmində ŞƏT-in Bişkek toplantısı çox mühüm hadisədir
FT: Mask Ukraynanın Rusiyaya qarşı "Starlink”dən istifadəsinə icazə verməyə hazırdır
Polşada Ukrayna üçün dron hissələri istehsal edən zavodda yanğın olub
Ekspert: Azərbaycanla Qırğızıstanın nəqliyyat-kommunikasiya əlaqələri yeni səviyyəyə yüksələcək
"Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır - FOTO
Kallas Rusiyanın “kölgə donanması”na məxsus gəminin saxlanıldığını bildirib