“ATƏT-in Minsk Qrupu münaqişənin tənzimlənməsi üçün deyil, idarə olunması üçün yaradılmışdı”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.
Deputat bildirib ki, bunu biz Minsk Qrupunun fəaliyyətində hər zaman müşahidə etmişik: “Minsk Qrupu fəaliyyətdə olduğu müddətdə münaqişəni bəlli maraqlar çərçivəsində idarə edib. Bu maraq əsasən Ermənistanın işğalçılıq siyasətinə leqallıq donu geydindirməkdən ibarət olub. Fransa Prezidenti Emmanuel Makron öz müsahibəsində bunu açıq etiraf etdi. Makron öz fikirləri il göstərdi ki, Azərbaycanın tarixi qələbəsinə qarşı ciddi təxribatlara cəhd edir. Bu təxribatların başqa xarakter alma ehtimallarını nəzərdən qaçırmaq olmaz. Digər tərəfdən, Makron aşkar büruzə verdi ki, Qərb Rusiya ilə münasibətlərini həm də Cənubi Qafqazda həll etmək niyyətindədir. Bu da bütövlükdə regional təhlükəsizliyə qarşı ciddi qəsd cəhdidir. Makronun bu mövqeyinə qarşı sərt ictimai qınağın da sərgilənməsi çox vacibdir”.