Azərbaycan Prezidenti İlham Əliyev güzəştsiz milli mövqe sərgiləyir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.
Deputat deyib ki, dövlət başçısının noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışı, dekabrın 18-də Kiselyova verdiyi müsahibə, dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti zamanı sərgilədiyi qətiyyət dövlət başçısının Azərbaycanın mövqeyini və maraqlarını prinsipiallıqla müdafiə etməsinin bariz nümunəsidir: “Prezident İlham Əliyev hər zaman sülhün tərəfində olduğunu bəyan edib. Bunu sübut etmək üçün elə son il Azərbaycanın ev sahibliyi etdiyi və böyük çətinliklər, təhdidlər qarşısında uğurla reallaşdırdığı COP29 kimi mötəbər tədbiri qeyd eləmək kifayətdir. Buna baxmayaraq, hər hansı milli təhlükə, təhdid anında Prezident İlham Əliyevin mövqeyi tamam sərt şəkil alır. Qətiyyətli, hökmlü, azad, prinsipial! Hər çıxış və müsahibəsində İlham Əliyev Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququnun olduğunu vurğulayır. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”.
Elnarə Akimova qeyd edib ki, bu gün Prezident İlham Əliyevin qətiyyəti, əzmi bütün dünya üçün örnəkdir: “Azərbaycan Prezidenti bu gün min cür mürəkkəb, xaotik, gizlin, məkrli siyasi oyunların çevrəsində Azərbaycanın mənafeyini uca tutur və bütün siyasi-ictimai aşamalardan zədəsiz keçirir. Prezidentin bu gün yürütdüyü siyasətin əsasında 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar dayanır. Bu reallığı dövlət başçısı özü yaradıb. İsrarlı şəkildə, ölkəsinin milli mənafeyinin, suverenliyin qorunmasında istənilən müdaxilələri minimuma endirməyi bacarır. Bu gün bir çox dövlətlərin Azərbaycana qarşı təzyiqlərinin kökündə dayanan amillər də məhz, bundan zəmin alır. Prezidentin müsahibə və çıxışlarında dönə-dönə qeyd etdiyi kimi, Azərbaycanın müstəqil siyasət yürütməsi, beynəlxalq aləmdə artan nüfuzu, söz sahibi olması, etimad göstərilən dövlətə çevrilməsi reallığı. Bütün zamanlarda özünü supergüc, hegemon statusunda hiss edən və etdirməyə çalışan dövlətlərə sərf eləmir. Onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb”.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti şərəf və suverenliyi, humanizm və insaniyyəti liderlik fəaliyyətinin ana xəttinə çevirib: “Onun müasir dünyaya yeni, qərəzsiz baxışla baxmağının əsas qayəsi elə buradan qaynaqlanır. İlham Əliyev göstərir ki, öz dövlətinin, öz millətinin mənafeyini prioritetə çevirəndə, onun dəyərlərinə hörmət edəndə, digər xalqlara, dövlətlərə də rəqib və ya istismar obyekti kimi baxmırsan, onlara məxsus olan dəyərlərə etinasız yanaşmırsan. Bu əxlaq siyasətini öz tərcümeyi-hallarına çox az dövlət başçısı yazdırmağa müvəffəq olub. İlham Əliyevin son müsahibə və çıxışlarında ehtiva etdiyi amillər - dünyagörüşünün qlobal xarakteri, bəşəriyyət qarşısında məsuliyyət hissi, eyni zamanda milli mənafenin hər şeydən uca tutulması amili onun ehtiva etdiyi ən ali dəyər, mənəvi-əxlaqi keyfiyyətlər məcmusu kimi müstəsnadır. Prezident İlham Əliyev bütün cəbhələrdən ölkəmizə uzanmış əl, dil, silah müdaxilələrini dəf etməyə çalışaraq Azərbaycanın milli varlığını qorumaq amalına layiqincə xidmət göstərir. Xalqın tarixini və taleyini növbəti səhvlərdən qorumaq üçün sağlam mənəvi iqlim yaradır və bu işdə bütün milli-siyasi-intellektual potensialı ilə birlikdə dayanır. Məsələn, elə son faktlardan biri, Prezident İlham Əliyevin təyyarə qəzasından bir neçə gün sonra AZ TV-yə verdiyi müsahibə qəzanın təfərrüatlarının araşdırılması ilə bağlı göstərdiyi prinsipiallıq və dürütlük dediklərimizə sübutdur. Həm göstərir ki, Azərbaycan bütün ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlığa, etimada əsaslanan siyasət qurur və inkişaf etdirir. Eyni zamanda, sübut edir ki, heç bir qüvvə, güc mərkəzi Azərbaycan dövlətinin iradəsinə təsir göstərə və yolundan döndərə bilməz. Belə bir diplomatik səriştə, meyarlarına sadiqlik bu gün İlham Əliyevin varislik haqqına tapınaraq ehtiva etdiyi ən böyük dəyər olmaqla yanaşı bügünkü uğurlarımızın genetik kodlarını daşıyan amillərdir. Gündəngünə yeniləşən, Qərbdən Şərqə gedən yolların qovşağında hər gün daha da çox mərkəz, görüş, ünsiyyət məkanı rolunu oynayan, bəşəriyyətin taleyini düşünən ictimai-siyasi, tarixi-mədəni, qlobal, milli və multikultural ideyaların, ideologiyaların, müzakirə və tədbirlərin əsl sınaq meydanına çevrilən Azərbaycanın obrazı İlham Əliyevin müdrik zəkasında həm də milli mənafenin, ölkə suverenliyi və maraqlarının hər şeydən uca tutulmasının qayəyə çevrilməsi ilə yeni status və nüfuz qazanır”.
Deputat: Prezident İlham Əliyev güzəştsiz milli mövqe sərgiləyir
© APA | Elnarə Akimova, Milli Məclisin deputatı
Xarici siyasət
Bosniyalı mütəxəssis: Azərbaycan minatəmizləmə sahəsində fenomenal nəticələr əldə edib
BMT: Azərbaycan mina probleminin miqyasına baxmayaraq, mühüm irəliləyiş əldə edib
Bakıda IV beynəlxalq minatəmizləmə konfransı keçirilir - FOTO
Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
Xəbər Lenti
ANAMA və ASEAN Regional Minatəmizləmə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
Sel Qəbələ-Laza avtomobil yolunda fəsadlara səbəb olub- FOTO
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində panel müzakirə olub - FOTO
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Bosniyalı mütəxəssis: Azərbaycan minatəmizləmə sahəsində fenomenal nəticələr əldə edib
Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
Bakıda bazarda fəhlənin meyiti aşkarlanıb
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
Mərmərə dənizində iki gəmi toqquşub, 10 heyət üzvü ilə əlaqə kəsilib - YENİLƏNİB-1
Azad edilmiş ərazilərdə indiyədək 300 min ha minadan təmizlənib
Moskva meri: Ukrayna son bir ayda Rusiya paytaxtına 9 minə yaxın dron hücumu edib
Yelo Bank Cəbrayılda birincilərin məktəb həyəcanına şərik oldu!
TƏBİB: İslahatlar regionlarda həkim kadrlarının sayına müsbət təsir göstərəcək
Qaradağ İH-nin vəzifəli şəxslərinə hökm oxunub
Anar Bayramov: Daha çox nəticə göstərən həkimlərimiz artıq əməkhaqqı almalıdır
Prezident İlham Əliyev: Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir
TƏBİB: Həkimlərin ilkin səhiyyə xidməti sahəsində kadr potensialının gücləndirilməsi əsas məqsədlərdən biridir
Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
Prezident: 3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib
Prezident IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Zərdabda 60 illik körpü qəzalı vəziyyətdədir - FOTO
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
Azərbaycan lideri Vyetnam Prezidentini təbrik edib
Anar Bayramov: Həkim çatışmazlığı olan regionlarda tibb işçiləri üçün əlavə maliyyə mexanizmi tətbiq olunacaq
Ali Məhkəmə: İcarə obyektindəki təmir xərcləri geri ödənilməyə bilər
Əməkhaqqısı artırılacaq tibb işçilərinin kateqoriyaları və artım məbləği açıqlanıb
Seyran Ohanyana qarşı cinayət təqibi başlanıb
TƏBİB-in icraçı direktoru: 72 mindən çox tibb işçisinin maaşı artırılıb
"Poz-Qazan" oyunları avqustda 15 milyon manata yaxın uduş qazandırıb
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
Ötən ay Azərbaycan sərhədini pozmağa cəhd edən 11 əcnəbi saxlanılıb
Goranboyda sursat anbarında partlayış nəticəsində evlərə ziyan dəyməyib
Azərbaycanın milli fast-food brendi bir ayda 3 filial açıb - 31 filialla xidmət göstərir - FOTO
BMT: Azərbaycan mina probleminin miqyasına baxmayaraq, mühüm irəliləyiş əldə edib
I sinfə elektron müraciət sabah başa çatacaq, 124 mindən artıq uşağın qəbul prosesi tamamlanıb
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova cəza istənilib
Goranboyda sursat anbarında partlayışla bağlı sakinlər təxliyə edilib
ANAMA sədri: 2020-ci ilin noyabr ayından Azərbaycanda minatəmizləməyə 590 milyon dollar ayrılıb
İRİA: Dövlət şirkətlərinin problemlərinin həllində yerli startaplara üstünlük veriləcək
Bakıda IV beynəlxalq minatəmizləmə konfransı keçirilir - FOTO
“Plug and Play”: Azərbaycanda dövlət şirkətlərində innovasiyanın sürətləndirilməsinə çalışacağıq
ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq
Fərid Osmanov: 6 Azərbaycan startapı Silikon Vadisi proqramında iştirak üçün seçilib
SEPAH İordaniyadakı ABŞ aviabazasına zərbələr endirib
Sumqayıtda maşın piyadanı vuraraq öldürüb
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Qızıl və gümüş ucuzlaşıb