Bank Of Baku

Devid Merkel: Azərbaycanla Ermənistan arasında sülh prosesinin reallaşdırılması mühüm nəticədir

Devid Merkel: Azərbaycanla Ermənistan arasında sülh prosesinin reallaşdırılması mühüm nəticədir
# 14 mart 2025 16:27 (UTC +04:00)

"İlk növbədə mən Azərbaycan hökumətini və xalqını işğal olunmuş ərazilərinin azad edilməsi münasibətilə təbrik edirəm. Hazırda sülh prosesinin reallaşdırılması, habelə həmin ərazilərdə bərpa-quruculuq işlərini aparılması mühüm nəticədir".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə koməkçisinin keçmiş müavini Devid Merkel deyib.

O, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı da dəyərləndirib: "Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və Gürcüstan, Ermənistan və Azərbaycan üçün Cənubi Qafqazda sülhün təminatı istiqamətində mükəmməl imkanlar yaranıb. Bu, eyni zamanda, Ermənistanla qonşu dövlət olan Türkiyə arasındakı münasibətlərə də aiddir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR