Bank Of Baku

Dövlət Departamenti: "Hər hansı ölkə Ermənistan-Azərbaycan məsələsində bizimlə işləmək istəsə, alqışlayarıq"

Dövlət Departamenti: "Hər hansı ölkə Ermənistan-Azərbaycan məsələsində bizimlə işləmək istəsə, alqışlayarıq"
# 15 oktyabr 2022 11:20 (UTC +04:00)

"Əgər hər hansı ölkə Ermənistan və Azərbaycanla bağlı məsələdə bizimlə işləmək istəsə, biz bunu sadəcə, alqışlayarıq".

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedan Patel mətbuat brifinqində deyib.

"Əgər hər hansı ölkə Ermənistan və Azərbaycanla bağlı məsələdə bizimlə işləmək və məsələnin sülh yolu ilə həllinə kömək etmək istəsə, biz bunu sadəcə, alqışlayarıq. Amma biz bu istiqamətdə Rusiyadan heç bir səy görməmişik", - deyə Vedan Patel bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya XİN mətbuat katibi Mariya Zaxarova Qərbin Rusiyanı əvəz etməyə və Rusiyanın Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində səylərini oğurlamağa çalışıdığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR