Bank Of Baku

Düşənbədə MDB XİN Şurasının iclası keçiriləcək

Düşənbədə MDB XİN Şurasının iclası keçiriləcək
# 14 aprel 2022 11:06 (UTC +04:00)

Düşənbədə MDB ölkələrinin Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçiriləcək.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov bildirib.

Onun sözlərinə görə, iclas mayın 13-də baş tutacaq.

“MDB Xarici İşlər Nazirləri Şurasının iclasları ənənəvi olaraq ildə iki dəfə keçirilir. Növbəti görüşün ilkin olaraq mayın 13-də Düşənbədə keçirilməsi planlaşdırılır. Payız görüşü isə oktyabrın 13-də Nur-Sultanda baş tutacaq”, - Evdokimov qeyd edib.

O deyib ki, nazirlər iclas çərçivəsində əməkdaşlıq məsələlərinin geniş spektri üzrə fikir mübadiləsi aparacaqlar, aktual beynəlxalq və regional mövzuları, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR