Bank Of Baku

Ekspert: Azərbaycan-Gürcüstan münasibətləri Cənubi Qafqazda sabitliyin dayağıdır

Gürcü ekspert Viktor Kipiani

© APA | Gürcü ekspert Viktor Kipiani

# 06 aprel 2026 13:47 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri bir daha Azərbaycan-Gürcüstan münasibətlərinin Cənubi Qafqazda həmişə sabitliyin, sülhün və səmərəli əməkdaşlığın dayağı olduğunu təsdiqləyir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gürcü ekspert Viktor Kipiani bildirib.

Viktor Kipiani deyib ki, dünya dəyişir, xüsusilə region və regional baxımından yeni tendensiyalar meydana çıxır: “Bu kontekstdə bir daha bu tərəfdaşlığın necə daha rəqabətqabiliyyətli, daha möhkəm və daha müasir ola biləcəyini müzakirə etmək lazımdır. Məhz bu səfər çərçivəsində sözügedən məsələlərin müzakirə olunacağı proqnozlaşdırılır”.

Ekspert qeyd edib ki, kollektiv təhlükəsizlik sistemlərinin qurulması baxımından bir neçə mühüm tendensiya müşahidə edilir: “Aydındır ki, təhlükəsizlik sahəsində çoxtərəfli münasibətlər vacibdir. Regional kontekst, xüsusilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud olan üçtərəfli format artıq uzun müddətdir mövcuddur və bu gün daha da aktual xarakter daşıyır. Bu istiqamətdə, xüsusilə Gürcüstan tərəfindən daha fəal addımların atılmasının vaxtı çatıb. Açıq danışmaq lazımdır ki, bu prosesə daha yaxşı uyğunlaşmaq üçün bu, zəruridir. Azərbaycan və Gürcüstan münasibətlərinə gəldikdə isə düşünürəm ki, bizi birləşdirən bu emosional bağlılıq və ortaq tarixi keçmiş sayəsində bir-birimizi daha yaxşı anlayırıq və xüsusilə kiçik dövlətlərə xas olan problemləri daha dərindən hiss edirik. Bu gün Azərbaycan özünü orta güc kateqoriyalı dövlət kimi təqdim edir və bu barədə Prezident İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR