Bank Of Baku

Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb

Azərbacanın Baş naziri Əli Əsədov, İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Aref

© APA | Azərbacanın Baş naziri Əli Əsədov, İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Aref

# 30 iyul 2024 16:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR