Bank Of Baku

Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb

Əli Əsədov Moldova parlamentinin sədri ilə görüşüb
# 22 fevral 2022 16:59 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 22-də ölkəmizdə səfərdə olan Moldova Respublikası parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Moldova dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib.

İ.Qrosunun səfərinin ikitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə əminlik ifadə edilib.

Görüşdə həmçinin Azərbaycan ilə Moldova arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR