Novruz bayramı ortaq tariximizin ən əhəmiyyətli mədəni mirasıdır.
APA-nın Budapeştə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“21 martın bundan sonra Türk Dövlətləri Təşkilatında Novruzu anma və bayram günü olaraq elan edilməsindən məmnunluq duyacağıq. Eyni zamanda, bu il Səmərqənddə keçiriləcək UNESCO-nun 43-cü iclası çərçivəsində 15 dekabrın - Türk Dili Günü kimi elan edilməsi də anlamlı olacaq”, - Ərdoğan vurğulayıb.