Türkiyə Azərbaycanla yanaşı, bütün Türk dövlətləri ilə birlik və bərabərlik sərgiləyir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin məzuniyyət mərasimində çıxışı zamanı bildirib.
“İki dövlət - tək millət” şüarı ilə hərəkət etdiyimiz Can Azərbaycanla necə bir və bərabəriksə, digər Türk dövlətlərindəki qardaşlarımızla qəlblərimiz bir döyünür”, - o vurğulayıb.